Yeddinci liqa klubu ulduz futbolçuya təklif göndərib

Yeddinci liqa klubu ulduz futbolçuya təklif göndərib

İngiltərənin VII divizionunda çıxış edən "Eşton Yunayted" komandası "Mançester Siti"nin futbolçusu Erlinq Holanna təklif göndərib.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, aşağı liqa təmsilçisi Qətərdə keçiriləcək dünya çempionatı müddətində norveçli hücumçunu icarəyə götürmək istəyir.

"Eşton Yunayted" 28 günlük transfer üçün artıq qarşı tərəfə müraciət edib. Klub hesab edir ki, "şəhərlilər" mundial vaxtı rəsmi oyun keçirməyəcək. Norveç yığmasının da DÇ-2022-də iştirak etməyəcəyini nəzərə alan VII divizion klubu 22 yaşlı hücumçunun formada qalması üçün bu addımı atıb.

Komandanın baş məşqçisi Robins Maykl Kleqq klubun saytına müsahibəsində gənc futbolçuya kömək etmək istədiklərini bildirib: "Bu, Holannın altı həftəlik qolfundan daha faydalıdır. Düşünürük ki, o, bizim komanda üçün tam uyğun forvarddır".

Hələlik "Mançester Siti" aşağı liqa təmsilçisinə cavab verməyib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Futbol
"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

Futbol
“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

Futbol
“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

Futbol
Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Futbol
Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Futbol
DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
“Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub