Qurban Qurbanov: "İsveçə qələbə üçün gəlmişdik"

Qurban Qurbanov: "İsveçə qələbə üçün gəlmişdik"

İsveçə qələbə üçün gəlmişdik.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin "Elfsborq" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, məğlub olduqları görüş barədə danışıb:

“Yaxşı müdafiə olunan komandaya qarşı mübarizə aparırdıq. Təəssüf ki, məğlub olduq. İsveçə qələbə üçün gəlmişdik. Oyunçularım sona qədər mübarizə apardılar. Lakin futbol səhvlərin üzərində qurulan bir oyundur. Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük.

Hər bir halda futbolçularıma təşəkkür edirəm. Onlar bu il çox əziyyət çəkdilər. Cari il uğursuz nəticələrimiz olsa da, irəlidəki görüşlərə baxacağıq. Daha da böyümək üçün. Bizim üçün bu ilki Avropa Liqasının oyunları böyük təcrübə oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.

Təcrübəli mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm qitənin ikinci dərəcəli klub turnirindəki çıxışlarına da toxunub:

"Avroliqada 6 oyundan 5-də məğlub olduq. Məncə, bu məsələnin üzərində çox dayanmağa ehtiyac yoxdur. Pozitiv şəkildə irəlidəki oyunlara baxmalıyıq. Əgər Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməsəydik, bunu uğursuzluq hesab etmək olardı. Əslində, dediyim bu hal da baş verə bilər. Futbolda elə bir qanun yoxdur ki, hər il eyni səviyyədə çıxış edəsən. Düzdür, biz əlimizdən gələni edirik. Lakin bəzən görürsən ki, futbolçuların yorğun halları olur. Azarkeşlərin hisslərini başa düşürəm. Amma bildirmək istəyirəm ki, biz hər oyuna qələbə üçün çıxırıq. Amma bəzən işlər bizim istədiyimiz kimi getmir. Bu gün futbol elə bir səviyyəyə çatıb ki, hər bir komandanın eniş yaşamaq şansı var. Bəzən baxırıq ki, böyük futbol ölkələrinin klubları uğursuz çıxışları ilə diqqət çəkirlər".

Q.Qurbanov "qış transfer pəncərəsi"ndə heyətə yeni oyunçular cəlb etməyə çalışacaqlarını bildirib:

“Hər il komandaya yeni futbolçular cəlb etmək istəyirik. Ancaq bu o demək deyil ki, əlimizdəki oyunçuları göndərməyi düşünürük. Yeni futbolçu axtarışındayıq. Transfer dönəmində bir neçə yenilik etmək istəyirik. Bu da gedişatdan asılıdır. Hazırda müdafiədə problemlər yaşayırıq. Bildiyiniz kimi, Bəhlul Mustafazadə və Kevin Medina zədəli olduğu üçün Mateus Silvaya müdafiənin mərkəzində şans vermişdik. Açığı desəm, onun oyunundan çox razı qaldım. Amma bu qarşılaşmada da, hansısa oyunçumuz zədələnsəydi, meydana buraxa biləcəyimiz başqa mərkəz müdafiəçisi yox idi".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda “Qarabağ” səfərdə "Elfsborq"a 0:1 hesabı ilə uduzub.

Futbol
Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Futbol
Arda Turan karyerasını bitirib

Arda Turan karyerasını bitirib

Futbol
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Futbol
"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edib

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edib