Azərbaycan futzal millisinin üzvü: "Hazırlığımız yüksək səviyyədə davam edir"

Azərbaycan futzal millisinin üzvü: "Hazırlığımız yüksək səviyyədə davam edir"

Hazırlığımız yüksək səviyyədə davam edir.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin üzvü Nihad İsmayılov AVRO-2026-nın əsas mərhələsində İsveç millisi ilə oyuna hazırlıqlar haqqında danışarkən deyib.

O, Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında hər kəsin məsuliyyəti dərk etdiyini vurğulayıb:

“Hazırlığımız yüksək səviyyədə davam edir. Məşq prosesi elə qurulub ki, həm taktiki, həm də fiziki hazırlığı yaxşılaşdırmaq baxımından tapşırıqlar verilir. Bilirik ki, bizi vacib oyunlar gözləyir. Çalışırıq məşqdə daha çox tər tökək ki, oyunda bunun bəhrəsini görək. Hər kəs məsuliyyətini anlayır”.

Futzalçı İsveçin Yunanıstana qarşı keçirdiyi oyunu da izlədiklərini, rəqiblər haqda artıq müəyyən informasiyaya malik olduqlarını söyləyib:

“Yer aldğımız qrupda mübarizəyə start verilib. İsveç doğma meydanda Yunanıstanı qəbul edib. Komanda şəklində izlədiyimiz bu görüşün favoriti skandinavlar hesab edilsə də, yekun bir qədər gözlənilməz olub. Meydan sahibləri oyunun əksər hissəsini hücumda keçirsə də, yunanların əks-hücumlarının qarşısını ala bilməyib. İsveçin imkan tapdıqca uzaqdan qapı istiqamətinə zərbələr endirdiyinin şahidi olduq. Ümumiyyətlə, rəqibi məşqçilərimiz təhlil ediblər, oyun zamanı nələrə diqqət edəcəyimizi də deyəcəklər. Özümüz də müəyyən nəticələr çıxarmışıq. Doğma meydanda oynayacağıq. İstəyimiz həm azarkeşlərimizi sevindirmək, həm də rəsmi oyunlara uğurlu nəticə ilə start verməkdir. Azarkeşlərimizə səslənirəm, gəlin, oyunu canlı izləyin, uğura doğru birgə addımlayaq”.

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında baş tutacaq Azərbaycan - İsveç matçı saat 20:00-da start götürəcək.

Futbol
Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib olub

Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib olub

Futbol
Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Messi gələn yay "Barselona"ya qayıdacaq

Messi gələn yay "Barselona"ya qayıdacaq

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub