AMADA-nın təşkilatçılığı ilə baş tutan beynəlxalq konfransın açılış mərasimi keçirilib

AMADA-nın təşkilatçılığı ilə baş tutan beynəlxalq konfransın açılış mərasimi keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə baş tutan "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, idman ictimaiyyətinin nümayəndələri, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Test Agentliyi və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbər şəxsləri iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndiriləndən sonra nazir müavini çıxış edərək tədbir iştirakçılarını salamlayıb:

"İdmana ölkəmizdə xüsusi qayğı göstərilir. Komanda ruhu və keyfiyyət əsas dəyərlərimizdən biridir. İdmançılarımıza təmiz qələbələr, konfrans iştirakçılarına isə uğurlar arzulayıram".

Ardınca WADA-nın prezidenti Vitold Bankanın videomüraciəti göstərilib:

"Təəssüflər olsun ki, orada iştirak edə bilmirəm. Bu konfrans olduqca önəmli yığıncaqdır. Burada Paris-2024-də əldə olunmuş əsas nailiyyətlərə toxunacağıq. Konfransın gündəliyi ilə də tanışsınız. Təşkilatçılıq üçün AMADA-ya təşəkkür edirik. Hər zaman sizə dəstək göstərməyə hazırıq. Birlikdə işləməklə hədəflərimizə nail ola bilərik. Hamınıza uğurlar".

Təhminə Tağı-zadə tədbir iştirakçılarına uğurlar arzulayıb. O, il ərzində gördükləri işlər barədə məlumat verib:

"Olimpiya ilinin uğurla başa çatması münasibətilə hamınızı təbrik edirəm.
Bu tədbir ötən olimpiya ilini təhlil etmək və gələcək idmana baxış üçün platformadır. Bu il bizim üçün uğurlu olub. Qarşıya qoyulmuş məqsədləri müvəffəqiyyətlə icra etmişik. İl ərzində 1000-dən çox test aparılıb, 2000-dən çox iştirakçı ilə biliklərimizi bölüşmüşük. Yekun rəqəmlər ilin sonunda açıqlanacaq. Hamınızı qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm".

Daha sonra beynəlxalq konfransın birinci sessiyası başlayıb.

Fərdi
Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək