"Sabah"ın kapitanı: "Araz-Naxçıvan"la oyunda üç xal qazanmaq çox vacib idi"

"Sabah"ın kapitanı: "Araz-Naxçıvan"la oyunda üç xal qazanmaq çox vacib idi"

Bu oyunda üç xal qazanmaq çox vacib idi.

Bunu "Report"a açıqlamasında "Sabah"ın kapitanı Elvin Camalov deyib.

29 yaşlı futbolçu Misli Premyer Liqasının XVII turunda "Araz-Naxçıvan"ı məğlub etdikləri matç (1:0) barədə danışıb.

Camalov qarşılaşmanın gərgin və maraqlı keçdiyini bildirib:

"Hər iki kollektiv çox ehtiyatlı davranırdı. Çünki vacib qarşılaşma idi. Bu görüşdən üç xalla ayrılmaq istəyirdik. Sonda bunu bacardıq. Standart vəziyyətdən yararlandıq və qapımızı toxunulmaz saxlaya bildik. Bu üç xal daha da irəliyə getmək üçün çox vacib idi".

Yarımmüdafiəçi cari mövsümdəki hədəflərdən söz açıb:

"Hələ çempionatın ikinci yarısı olacaq. İlin sonunda bir oyunumuz var. "Şamaxı"ya qarşı qarşılaşmadan da üç xalla ayrılmaq üçün çalışacağıq. Fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq niyyətindəyik. Mövsümün ikinci mərhələsinə daha yaxşı start vermək istəyirik. Ancaq irəliyə baxmalı, növbəti matça köklənməliyik. Deyə bilərəm ki, sonadək mübarizə aparacağıq".

Qeyd edək ki, "Sabah" 17 turdan sonra 26 xalla beşinci pillədə qərarlaşıb. Paytaxt klubu XVIII turda, dekabrın 22-də "Şamaxı"nın qonağı olacaq.

Futbol
AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Futbol
"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

Futbol
Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Futbol
"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

Futbol
Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Futbol
"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Futbol
İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

Futbol
Dünya çempionatının finalında Argentina-Fransa qarşılaşacaq

Dünya çempionatının finalında Argentina-Fransa qarşılaşacaq