Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi ilə bağlı Bakıda səfərdə olub.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) "QELEBE.AZ"a verilən məlumata görə, o, AKAF rəhbərliyi ilə görüşüb.

Qurumun rəhbəri Vüqar Əhmədov ECA prezidenti ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb. Görüş zamanı Albert Vudsa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkədə idmana və idmançılara göstərdiyi qayğıdan danışılıb.

Qeyd olunub ki, müstəqillik illərində Azərbaycan təmsilçiləri çoxsaylı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında həm digər idman növləri, həm də avarçəkmə üzrə yüksək nailiyyətlər əldə ediblər.

Eyni zamanda, avarçəkmənin hazırkı inkişaf mərhələsindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2022-ci ildə bir neçə yarış təşkil edib. Bu yarışlar 6 - 7 mayda ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan”Prezident Kuboku” və 21 - 23 oktyabrda keçirilən “Mingəçevir Reqatası” beynəlxalq turnirlərdir.

Bundan əlavə, AKAF-ın gələcək fəaliyyət planları haqqında da müzakirələr aparılıb. Qarşılıqlı görüşdən məmnunluğunu ifadə edən Albert Vuds Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına gələcək fəaliyyətində uğur arzulayıb. Təşkil olunacaq beynəlxalq yarışlarda dəstək olacaqlarını nəzərə çatdırıb.

Fərdi
Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Fərdi
Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar