İngiltərə Premyer Liqası: “Arsenal” “Kristal Pelas”ı darmadağın edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Kristal Pelas”ı darmadağın edib

İngiltərə Premyer Liqasının 17-ci turunda Londonun “Kristal Pelas”ı eyni şəhərin “Arsenal”ını qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Saymon Huperin idarə etdiyi oyun “Selherst Park”da baş tutub.

Matçda ümumilikdə vurulmuş altı qolun yarısı ilk 15 dəqiqədə qeydə alınıb. 6-cı dəqiqədə “topçular”ın braziliyalı hücumçusu Qabriel Jezus hesabı açıb. Cəmi beş dəqiqə sonra seneqallı İsmaila Sarr status-kvonu bərpa etsə də, “qartallar”ın sevinci çox çəkməyib: 14-cü dəqiqədə Jezus dubla imza atıb. 38-ci dəqiqədə isə almaniyalı yarımmüdafiəçi Kay Haverts hesabdakı fərqi ikiyə çatdırıb. Matçın birinci yarısı Mikel Artetanın yetirmələrinin üstünlüyü ilə başa çatıb. Qeyd edək ki, ilk hissə “Arsenal”ın aparıcı futbolçusu Bukayo Sakanın əzələ zədələnməsi ilə də yadda qalıb.

İkinci hissəyə daha fəal başlayan tərəf ev sahibləri olsa da, qapıçı David Rayanın inamlı oyunu onların planlarını pozub. Oliver Qlasnerin komandasının təzyiqinə baxmayaraq, 60-cı dəqiqədə braziliyalı Qabriel Martinelli hesabı darmadağın həddinə çatdırıb. Oyunda son nöqtəni isə “topçular”ın ingiltərəli dayaq yarımmüdafiəçisi Deklan Rays qoyub: “Kristal Pelas” – 1, “Arsenal” – 5.

Beləliklə, 17 turdan sonra “Arsenal” (33 xal) üçüncü, “Kristal Pelas” (16) isə 15-ci pillədə yer alıb. “Topçular”ın ən yaxın təqibçisi “Nottinhem Forest”dir (31). “Qartallar” isə liqada qalmaq uğrunda mübarizə aparır: cənubi londonluları “düşüşdən” dörd xal ayırır.

Premyer Liqa turnir cədvəlinin vahid lideri isə niderlandlı mütəxəssis Arne Slotun başçılıq etdiyi “Liverpul”dur (36 xal, ehtiyatında iki oyunu var).

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la oynamaq üçün heç bir narahatlıq yoxdur"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la oynamaq üçün heç bir narahatlıq yoxdur"

Futbol
"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

Futbol
The Guardian Dünya Çempionatının favoritlərini açıqlayıb

The Guardian Dünya Çempionatının favoritlərini açıqlayıb

Futbol
FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”