İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

"Nəzərinizə çatdırmaq istərdim ki, AFFA İntizam Komitəsi heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyil".

Bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov Klublar Komitəsinin son iclasında Premyer Liqanın bəzi təmsilçilərinin qurumun fəaliyyətindən narazılığına münasibət bildirərkən deyib.

Klub nümayəndələri xırda nöqsanlara görə cərimə kəsilməsindən və bunun hər həftə təkrar olunmasından danışıblar.

Hüseynovun sözlərinə görə, İK-in iclasları həftədə iki dəfə keçirilir və çıxarılan qərarlar AFFA nümayəndələrinin raportlarına əsasən verilir: "Stadionda internet işləmirsə, xəbərdarlıqlara baxmayaraq, bu, təkrar olunursa, KİV nümayəndələri, hakimlər, oyundan sonra öz işlərini normal yerinə yetirə bilmirlərsə, futbolçu isti suyun olmamasına, suyun gəlməməsinə görə yuyuna bilmirsə, hakim əvəzetmə tablosunun işləməməsinə görə əvəzetməni əli ilə işarə edirsə, meydan normal qaydada sulanmırsa, futbolçu öz texniki zonasında bilərəkdən oturacaqları sındırırsa, məgər, bu faktlar xırda nöqsan sayılır? Elə hər bir problem xırda nöqsanlardan böyüyür. Hər hansı bir qayda pozuntusunun xırdası-böyüyü olmur. Əsasnamə qaydalarına zidd olan əməllər həmişə olduğu kimi sanksiyalarla tənzimlənir. Müstəqil qurum olaraq, İntizam Komitəsinin verdiyi qərarlar qanunvericiliyə söykənir. Əfsuslar olsun ki, bəzi söylənilən mənfi fikirlər ictimaiyyəti çaşdırır. Ona görə bu məsələlərə ciddi, qaydalara isə hörmətlə yanaşılmalıdır".

Komitə sədri bildirib ki, oyunlara təyinat alan AFFA nümayəndələri Peşəkar Futbol Liqasının (PFL) əsasnaməsini rəhbər tutaraq, öz raportlarında xırda və böyük problemləri qeydə alır: "PFL-in əsasnaməsi, AFFA İntizam Komitəsinin məcəlləsində göstərilən maddələrlə bütün klubların əməkdaşları və futbolçuları yaxından tanış olmalıdırlar. Əsasnamə, klublarda intizam qaydalarının artırılması futbolumuzun inkişafı naminə bütün qaydalara riayət olunması bu günün tələbidir. Gəlin, hər şeyə barmaqarası baxmayaq. Yaddan çıxarmayaq ki, hər şey xırda məsələdən böyüyür".

Futbol
“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

Futbol
AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

Futbol
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Futbol
"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

Futbol
Avropa Liqasında V tura yekun vurulub

Avropa Liqasında V tura yekun vurulub

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Futbol
Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Futbol
“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

Futbol
DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb