Üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının üçüncü final mərhələsi keçirilib

Üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının üçüncü final mərhələsi keçirilib

Üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının üçüncü final mərhələsi keçirilib.

Bu barədə "QELEBE.AZ"a Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhəri Gənclər və İdman İdarəsinin və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə gerçəkləşən yarışda ölkənin 30-a yaxın idman klubunun və bölmələrinin 200-ə yaxın idmançısı mübarizə aparıblar.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə həlak olan həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Hakimlərin keçidindən sonra idmançıların paradı olub. Tədbirin açılışında çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə idmançıları salamlayaraq onlara final mərhəsində uğurlar arzulayıb. O vurğulayıb ki, bu kimi yarışlar ölkəmizdə qabiliyyətli və bacarıqlı idmançıların aşkar edilməsində, onların gələcəkdə milli komandanın tərkibində Azərbaycanı beynəlxalq turnirlərdə və yarışlada layiqincə təmsil etmək imkanı qazanırlar.

Bakı Su İdman Sarayının direktoru Tələt Məmmədov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Sonra yarışlara start verilib.

Qeyd edək ki, turnirdə 1-ci yaş qrupunda 2012-2013-cü təvəllüdlü oğlanlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü oğlanlar, 1-ci yaş qrupunda 2013-2014-cü il təvəllüdlü qızlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü qızlar öz güclərini sınayıblar. Yarışlara digər yaş qrupundan da idmançılar qatılıblar. Bakı Su İdman Sarayında bir gün davam edən “Parlaq Ulduz” Uşaq Liqasının final mərhəsinin qalibləri diplom və medallarla təltif olunacaqlar.

Məlumat üçün bildirək ki, bundan öncə "Parlaq Ulduz"un iki seçmə mərhələsi keçirilib. Ən yüksək xallar toplayan üzgüçülər Bakı şəhər yığmasının tərkibinə daxil ediləcəklər.

Fərdi
"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərdi
Azərbaycanın bədii gimnastları dünya çempionatına yollanıb

Azərbaycanın bədii gimnastları dünya çempionatına yollanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Fərdi
Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərdi
Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub