Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib

Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib

20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində uşaqlar üçün futbol üzrə tədbir təşkil olunub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən milli assosiasiya ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə Kütləvi Futbol Departamentinin rəhbəri veteran futbolçu Fərrux İsmayılov, Futbol və Sosial məsuliyyət üzrə menecer Kifayət Mustafayeva, “Neftçi” futbol klubunun üzvləri Aqil Məmmədov, Rəhman Hacıyev, veteran futbolçu Vaqif Cavadov və aparıcı müsiqiçi Vüqar Bəxtiyar iştirak edib.

İlk olaraq Bakı Olimpiya Stadionuna səfər edən 11-13 yaşarası uşaqlara stadion turu təşkil olunub və veteran futbolçular uşaqların onlara ünvanlanan suallarını cavablandırıblar. Tur zamanı uşaqlar üçün “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla, oyunçularla görüş təşkil olunub və xatirə şəkili çəkdirilib.

Sonda uşaqlara “Regional İnkişaf” İctimai Birliyi və AFFA tərəfindən hədiyyə paketləri və toplar təqdim edilib.

Xatırladaq ki, kampaniya uşaq hüquqlarını təşviq etmək, bu istiqamətdə müxtəlif məzmunlu maarifləndirmə işi aparmaq, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına töhfə vermək məqsədi daşıyır.

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Futbol
“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Futbol
Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Futbol
"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb