Aviaqəzada həlak olan “Gənclik” futbol klubunun üzvü dəfn edilib - VİDEO - YENİLƏNİB-2

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanov dəfn edilib.

"QELEBE.AZ"un məlumatına görə, mərhumun cənazəsi Suraxanıdakı rus-tatar qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

11:29

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanovun vida mərasimi keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

Məhəmmədəli Eqanov Suraxanıda dəfn olunacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Foto: Məhəmməd Ağayev

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

Azərbaycanlı hakim Superfinala təyinat alıb

"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

“Qalatasaray” 662 gündən sonra lider olub

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"