Monteneqrolu futbolçu: "Neftçi" ilə titullar qazanmaq istəyirəm"

Monteneqrolu futbolçu: "Neftçi" ilə titullar qazanmaq istəyirəm"

Bu komanda ilə titullar qazanmaq istəyirəm.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Edvin Kuç klubun rəsmi televiziyasına müsahibəsində deyib.

31 yaşlı yarımmüdafiəçi futbolda bəzən gözlənilməz nəticələrin olduğunu söyləyib:

"Ümid edirəm ki, biz tezliklə uğurlu dönəmə başlayacağıq. Azərbaycanda və Avropada "Neftçi" ilə nailiyyətlər əldə etmək niyyətindəyəm. Hədəflərimiz yüksəkdir. Ümid edirəm ki, bunlara çatacağıq".

Monteneqrodan olan oyunçu "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov haqqında danışıb:

"Hər mütəxəssisin öz planı və ideyaları var. Amma Samir Abasov maraqlı baş məşqçidir. Onun futbol biliyi və enerjisi çoxdur. Futbolçu olduğu dönəmdə də "Neftçi"də oynayıb. Klubu, oyunçuları tanıyır. Bu da titul qazanmaq üçün vacibdir. Əminəm ki, qış fasiləsindən sonra komanda mental olaraq yenilənəcək və daha yaxşı olacaq".

E. Kuç ölkəmiz haqqında da fikirlərini bölüşüb:

"Bakı ilə bağlı ancaq müsbət sözlər deyə bilərəm. Şəhər, klub və buradakı insanlar xoş sözlərə layiqdirlər. Hər kəs mənə və ailəmə kömək edir, buraya uyğunlaşmağa yardımçı olurdular. Bu, həqiqətən gözəl hissdir. Düşünürəm ki, burada daha çox qalacağam. Beş aydır Bakıdayam və bəyənmədiyim heç nə yoxdur. Bəzi şeylər mənim ölkəmlə oxşardır. Ailəm də eyni fikirdədir. Onlar Bakını və Azərbaycanı çox sevirlər. Yalnız bir şeyi bəyənmirəm, o da tıxaclardır. Yəqin ki, bunu heç kim sevmir".

Qeyd edək ki, 2024-cü ilin yayında "Neftçi"yə keçən Edvin Kuçun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Futbol
PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

Futbol
"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

Futbol
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol
Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

Futbol
Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib

Futbol
"Futbol+" qəzetinin 25 yaşı tamam olur

"Futbol+" qəzetinin 25 yaşı tamam olur