Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

"İdmançıların əksəriyyəti növbəti festivalın Qarabağda gerçəkləşməsini istəyir".

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Şəkidə keçirilən "İdman festivalı 2022"nin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, nazirliyin işçi qrupu var və bu barədə düşünəcəklər: "Dünən idmançılarımızla görüşümüz olub. Axşam birlikdə danışdıq, söhbət etdik. Onların fikirlərini öyrəndik. Hamı növbəti festivalların olmasını gözləyir. Gələn il olmasa da, qarşıdakı illərdə belə festivalı Qarabağda da keçirməyi planlaşdıracağıq. Bunun da bir neçə səbəbi var. Biz Ağalıda triatlon üzrə yarış təşkil etmişik. Orada bizim vətəndaşlarımız məskunlaşıb. Həqiqətən yaxşı idman tədbiri alındı. İstəyirik ki, gələcəkdə belə tədbirlərin sayı çox olsun".

F.Qayıbovun sözlərinə görə, Gənclər və İdman Nazirliyi ölkə başçısının tapşırığı ilə idmanın kütləviliyi, idmançıların peşəkar səviyyəsinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir: "Bunlardan biri də bu gün Şəki şəhərində yeniyetmələr arasında gerçəkləşən idman festivalıdır. Burada 20-dən çox növdə atletlər və onların məşqçiləri toplaşıblar. Tədbir Şəki Olimpiya Kompleksində və şəhərdə baş tutur. Bu festival üçün ətraf rayonlardan da buraya gəliblər. İdmanı təbliğ edirik".

Nazir festivalın digər yaş qruplarını da əhatə edəcəyini söyləyib: "İdman sağlamlıqdır və təkcə gənclər üçün deyil, hamı üçündür. Müxtəlif, hamını əhatə edən layihələrimiz, tədbirlərimiz var".

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

Fərdi
Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Fərdi
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərdi
Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

Fərdi
Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Fərdi
Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Fərdi
Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub