İngiltərə Premyer Liqası: “Mançester Yunayted” 10, “Tottenhem” isə 12-ci dəfə məğlub olub

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” 10, “Tottenhem” isə 12-ci dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 12-ci turunda “Everton” “Tottenhem”i, “Mançester Yunayted” “Brayton”u, “Nottingem Forest” isə “Sauthempton”u qəbul edib.

Bu barədə “QELEBE.AZ” xəbər verir.

“Everton” 3:2 “Tottenhem”

16-cı yerdə olan “Everton” “Tottenhem” üzərində qələbə qazanıb. 15-ci yerdə olan “mahmızlar” üçün bu nəticə onların onsuz da çətin vəziyyətini daha da pisləşdirib. Mersisayd təmsilçisi isə yüksək liqada qalmaq uğrunda mübarizədə vacib üç xala yiyələnib. Meydan sahiblərinin qollarını Dominik Kalvert-Lyuin (13’), İliman Ndiay (30’) və Arçi Qrey (45’+7, avtoqol) vurublar, qonaqların heyətində isə Deyan Kuluşevski (77’) və Rişarlison (90’+2) fərqlənib.

“Mançester Yunayted” 1:3 “Brayton”

Premyer Liqanın son üç turunda “Liverpul” və “Arsenal” sınaqlardan üzü ağ çıxmış “Mançester Yunayted” öncəki oyunda autsayder “Sauthempton”u da yenərək komandanın gələcəyinə dair müsbət siqnallar versə də, “Brayton” “qırmızı şeytanlar”ın ümidlərini puç edib. Matçda hesab erkən açılıb: 5-ci dəqiqədə Yankuba Minte qonaqların ilk qolunun müəllifi olub. Bununla belə, Ruben Amorimin yetirmələrinin cavabı da gecikməyib: 23-cü dəqiqədə Brunu Fernandeş penaltidən fərqlənib. Bu, ev sahiblərinin oyundakı yeganə qolu olub. 60-cı dəqiqədə Kaoru Mitoma “qağayılar”ın ikinci qoluna imza atıb. Matçda son nöqtəni isə 76-cı dəqiqədə Jorjinyo Rütter qoyub. Beləliklə, bu qələbə ilə “Brayton” (34 xal) 9-cu pilləyə yüksəlib. “Qırmızı şeytanlar” (26) isə 13-cü pillədə qalıblar.

“Nottingem Forest” 3:2 “Sauthempton”

Çempionlar Liqasının vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Nottingem Forest” mövsümün əsas autsayderi “Sauthempton”dan üstün olub. Ev sahiblərinin qollarını Elliot Anderson (11), Kallum Hadson-Odoi (28) və Kris Vud vurub. “Müqəddəslər”in gücü isə cəmi iki qola çatıb. Komandanın heyətində Yan Bednarek (60’) və Pol Onuaçu (90’+1) fərqləniblər. Bu qələbə ilə “meşəçilər” “Arsenal”la xallarını bərabərləşdiriblər – 44. Cəmi altı xalı olan “Sauthempton” isə liqa ilə vidalaşmağa çox yaxındır.

Qeyd edək ki, çempionatın lideri 50 xalla (bir oyun əskik) Arne Slotun “Liverpul”udur.

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
KİV: Pelenin vəziyyəti pisləşib

KİV: Pelenin vəziyyəti pisləşib

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Futbol
Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Futbol
"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

Futbol
Hakimə qarşı nalayiq hərəkət edən futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırılıb

Hakimə qarşı nalayiq hərəkət edən futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırılıb

Futbol
Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb

Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb

Futbol
La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Futbol
UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

Futbol
"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb