İngiltərə Premyer Liqası: “Mançester Yunayted” və “Tottenhem” məğlub olub

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” və “Tottenhem” məğlub olub

İngiltərə Premyer Liqasının XXII turunda “Everton” “Tottenhem”i, “Mançester Yunayted” “Brayton”u, “Nottingem Forest” isə “Sauthempton”u qəbul edib.

Bu barədə “Report” xəbər verir.

16-cı yerdə olan “Everton” “Tottenhem” üzərində qələbə qazanıb - 3:2. 15-ci yerdə olan “mahmızlar” üçün bu nəticə onların onsuz da çətin vəziyyətini daha da pisləşdirib. Mersisayd təmsilçisi isə yüksək liqada qalmaq uğrunda mübarizədə vacib üç xala yiyələnib. Meydan sahiblərinin qollarını Dominik Kalvert-Lyuin (13), İliman Ndiay (30) və Arçi Qrey (45+7, avtoqol) vurub. Qonaqların heyətində isə Deyan Kuluşevski (77) və Rişarlison (90+2) fərqlənib.

Premyer Liqanın son üç turunda “Liverpul” və “Arsenal” sınaqlardan üzüağ çıxan “Mançester Yunayted” öncəki oyunda autsayder “Sauthempton”u da yenərək komandanın gələcəyinə dair müsbət siqnallar versə də, “Brayton” “qırmızı şeytanlar”ın ümidlərini puç edib - 1:3. Matçda hesab erkən açılıb: 5-ci dəqiqədə Yankuba Minte qonaqların ilk qolunun müəllifi olub. Bununla belə, Ruben Amorimin yetirmələrinin cavabı gecikməyib: 23-cü dəqiqədə Brunu Fernandeş penaltidən fərqlənib. Bu, ev sahiblərinin oyundakı yeganə qolu olub. 60-cı dəqiqədə Kaoru Mitoma “qağayılar”ın ikinci qoluna imza atıb. Matçda son nöqtəni isə 76-cı dəqiqədə Jorjinyo Rütter qoyub. Beləliklə, bu qələbə ilə “Brayton” (34 xal) 9-cu pilləyə yüksəlib. “Qırmızı şeytanlar” (26) isə 13-cü pillədə qalıblar.

Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Nottingem Forest” mövsümün əsas autsayderi “Sauthempton”dan üstün olub - 3:2. Ev sahiblərinin qollarını Elliot Anderson (11), Kallum Hadson-Odoi (28) və Kris Vud (41) vurub. “Müqəddəslər”in gücü isə cəmi iki qola çatıb. Komandanın heyətində Yan Bednarek (60) və Pol Onuaçu (90+1) fərqləniblər. Bu qələbə ilə “meşəçilər” “Arsenal”la xallarını bərabərləşdiriblər – 44. Cəmi altı xalı olan “Sauthempton” isə liqa ilə vidalaşmağa çox yaxındır.

Qeyd edək ki, çempionatın lideri 50 xalla (bir oyun əskik) Arne Slotun “Liverpul”udur.

Futbol
"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

Futbol
"Neftçi" hücumçusu ilə yollarını ayırıb

"Neftçi" hücumçusu ilə yollarını ayırıb

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Futbol
DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

Futbol
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

Futbol
Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Futbol
Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

Futbol
“Real” İspaniya Superkubokunun finalına yüksəlib

“Real” İspaniya Superkubokunun finalına yüksəlib