"Neftçi"nin sabiq futbolçusu: "Pünik" üzərində indi qələbə qazansaydıq, daha fərqli hisslər keçirərdik"

"Neftçi"nin sabiq futbolçusu: "Pünik" üzərində indi qələbə qazansaydıq, daha fərqli hisslər keçirərdik"

Bu komanda üzərində indi qələbə qazansaydıq, bəlkə də daha fərqli hisslər keçirərdik.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin sabiq yarımmüdafiəçisi Vidadi Rzayev 20 il öncə Rusiyanın paytaxtı Moskvada keçirilən “Birlik Kuboku”un 1/4 finaında qarşılaşdıqları Ermənistanın “Pünik” klubu ilə matçla bağlı xatirələrini bölüşərkən deyib.

Veteran futbolçu Ermənistan təmsilçisinə qarşı oyundan əvvəl komandaya mükafat söz verildiyini söyləyib:

“Oyundan əvvəl həyəcanlı idik, lakin xüsusi tapşırıq verilməmişdi. Çünki qarşıya yalnız bir məqsəd qoymuşduq - qələbə qazanmaq. Başqa heç nə ola bilməzdi. Sağ olsunlar, yaxşı mükafat söz vermişdilər. Sadəcə, qalib gəlmək lazım idi. Futbol artıq ikinci planda idi, oyuna siyasi cəhətdən də xüsusi yanaşırdılar. Çünki torpaqlarımız ermənilərin işğalı altında idi. Həyəcandan gecə yata bilmirdik, gözümüzə yuxu getmirdi., ancaq səhərki oyunu düşünürdük. Əsəblər pik həddə idi. Çünki onlar da həmin mərhələyə qədər gəlmişdilər və udsaydılar, yarımfinala vəsiqə qazanacaqdılar”.

Millinin sabiq üzvü qazandıqları qələbənin şirin olduğunu vurğulayıb:

“Həmin vaxt torpaqlarımızın 20 faizi işğal altında idi və düşmənlə üz-üzə gəlirdik. Buna görə də qələbə şirin gəldi. Şükür ki, 44 günlük Vətən müharibəsində də qalib gəldik. Bu komanda üzərində indi qələbə qazansaydıq, bəlkə daha fərqli hisslər keçirərdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

V.Rzayev məğlub olacaqları təqdirdə Rusiyadan birbaşa Gəncəyə qayıtmağı və karyerasını bitirməyi düşündüyünü deyib:

“37 yaşım var idi, karyeramın sonuna yaxınlaşırdım. Təsəvvür edin, karyeramı ermənilərə məğlub olaraq bitirə bilərdim. Təxminən 25 ilə yaxın futbol oynadıqdan sonra yaşıl meydanlarla bu şəkildə vidalaşmaq ölümə bərabər idi, biabırçılıq olardı. Karyeramda qara ləkə kimi qalacaqdı. İnanın, hətta özümə marşrut da cızmışdım. Uduzsaydıq, Bakıya qayıtmayacaqdım, birbaşa Gəncəyə bilet alacaqdım və karyeramı bitirəcəkdim. Bunu uşaqlara da demişdim. Həmin vaxt “Pünik”in 6-7 futbolçusu Ermənistan yığmasında oynayırdı. Pis komanda deyildi. Allah qismət etdi, ikinci qolu mən vurdum. Bundan sonra “Birlik Kuboku”nun marağı qalmadı. “Pünik” ikinci dəfə yenə “Neftçi”yə rəqib olmuşdu. Lakin oynamadılar, turnirdən imtina etdilər və qaçıb getdilər. Bu məğlubiyyətə görə onları çox pis qarşılamışdılar. Təsəvvür edin, biz məğlub olsaydıq, nələr baş verərdi”.

Qeyd edək ki, 2005-ci il yanvarın 19-da baş tutan görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib

"Qarabağ"ın rəqibi heç-heçə edib

Futbol
Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Futbol
"Real Madrid" Mbappenin keçidindən imtina edib, Holannı heyətinə qatmaq istəyir

"Real Madrid" Mbappenin keçidindən imtina edib, Holannı heyətinə qatmaq istəyir

Futbol
Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Futbol
"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq