Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

"Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında cüdo üzrə Avropa çempionu və ikiqat dünya mükafatçısı Orxan Səfərov bildirib.

31 yaşlı idmançı zədədən sonra idmana qayıtmasından və 6-13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında gözlənilən nəticələrdən danışıb: "Artıq 2-3 aydır ki, məşq edirəm. Yavaş-yavaş özümü yaxşı formada hiss edirəm.

Hər bir idmançı keçdiyi ağır məşqlərin nəticəsini görmək istəyir. Biz də dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik. Komandamız əla vəziyyətdədir. Hamı çox gözəl hazırlaşıb. Komandada əhvali-ruhiyyə yaxşıdır və bunun nəticəsi olaraq dünya çempionatından Vətənə medallarla qayıdacağımıza inanırıq".

O bu gün Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün keçirilən ustad dərslərinin onlar üçün böyük motivasiya olduğunu qeyd edib: "Məşhur cüdoçularımızın burada olması və uşaqların onları izləməsi gələcək üçün yaxşı addımdır. Açığı, bu qədər uşağın bura yığışacağını gözləmirdim. Amma sevinirəm ki, cüdo Azərbaycanda bu qədər kütləvi və məşhurdur. Azərbaycan Cüdo Federasiyasına təşəkkür düşür ki, uşaqları bu idman növünə həvəsləndirən tədbirlər təşkil edir".

Fərdi
Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Fərdi
"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

Fərdi
Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Fərdi
Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Fərdi
"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub