Azərbaycan Cüdo Federasiyasının rəsmisi: "Məqsəd Los-Ancelesdə Paris olimpiadasından daha yaxşı çıxış etməkdir"

Azərbaycan Cüdo Federasiyasının rəsmisi: "Məqsəd Los-Ancelesdə Paris olimpiadasından daha yaxşı çıxış etməkdir"

Əsas məqsədimiz qarşıdakı olimpiadada 2024-cü ildə Fransada təşkil olunan Yay Olimpiya Oyunlarından da yaxşı çıxış etməkdir.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu cüdo millilərinin məşqçi heyətində baş verən dəyişikliklər barədə danışarkən deyib.

O, Olimpiya tsikli ərəfəsində hazırlıqların daha üst səviyyəyə çatdırılması üçün əllərindən gələni etdiklərini bildirib:

"Hədəflərimiz və planlarımız böyükdür. Buna görə müxtəlif yaş kateqoriyaları üzrə millilərdə məşqçi dəyişiklikləri etdik. İnanıram ki, bu dəyişikliklərin faydasını görəcəyik. Detallar barədə ətraflı danışa bilməyəcəm. Əsas məqsədimiz qarşıdakı Olimpiadada 2024-cü ildə Fransada təşkil olunan Yay Olimpiya Oyunlarından da yaxşı çıxış etməkdir. Lakin neçə medal qazanacağımızla bağlı proqnoz verə bilməyəcəm. Cəlb edilən yeni əcnəbi mütəxəssislərin hər biri fərqli cüdo məktəbini təmsil edir və bununla da ən yaxşı təcrübələrdən istifadə imkanlarımız genişlənir. Bu, eyni zamanda yerli məşqçilərin özlərini inkişaf etdirmələri üçün münbit şərait yaradır. Əminik ki, daha da gücləndirilmiş məşqçi heyətimiz federasiyanın qarşısına qoyduğu məqsədlərə çatmaqda öz dəyərli töhfələrini verəcəklər”.

Qeyd edək ki, bu gün Azərbaycan Cüdo Federasiyası yığmaların bütün yaş kateqoriyalarında işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektli şəkildə keçidini təmin etmək məqsədilə məşqçilər heyətində bir sıra dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Fərdi
AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

Fərdi
Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

Fərdi
Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"