Maksim Medvedev: "Olimpiakos"un "Qarabağ"a qarşı baxımlı oyun sərgiləyəcəyini gözləmirdim" - MÜSAHİBƏ

Maksim Medvedev: "Olimpiakos"un "Qarabağ"a qarşı baxımlı oyun sərgiləyəcəyini gözləmirdim" - MÜSAHİBƏ

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev "QELEBE.AZ"a müsahibə verib. O, Ağdam təmsilçisinin cari mövsüm UEFA Avropa Liqasındakı çıxışını dəyərləndirib. "Köhlən atlar"ın sabiq kapitanı komandanın uğursuz çıxışlarına toxunub.

- "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?

- Hər il olduğu kimi bu dəfə də Azərbaycan klubları arasında avrokuboklarda ən uzunmüddətli çıxış edən komanda "Qarabağ" oldu. Ortada böyük əziyyət var idi, alqışlamaq lazımdır. Baxmayaraq ki, Liqa mərhələsi yeni format olduğu üçün "Qarabağ"a çətin oldu. İşlər istədikləri kimi getmədi. Komanda daha yaxşı yerlərdə qərarlaşa bilərdi, lakin bəzi səhvlərə görə bu mümkün olmadı. Deyə bilərəm ki, "Qarabağ" çox böyük təcrübə qazandı. Səhvlərin üstündə işləyib, yeni mövsümdə uğur qazanmaq olar.

- Sizcə, "Qarabağ"ın və futbol ictimaiyyətinin gözləmədiyi nəticələrin olmasında əsas səbəb nə idi?

- Mənə görə əsas səbəb turnirin formatının dəyişməsi oldu. Normalda "Qarabağ"ın gücünü hər birimiz bilirik. Əminəm ki, komandamız yeni avrokubok mövsümünə daha fərqli hazırlaşacaq. Artıq yeni formatla tanışıq və çətinliklərinə bələdik.

- Avrokuboklarda turnirin formatının dəyişməsinin "Qarabağ"a nə kimi təsirləri oldu?

- Əlbəttə ki, bir çox təsirlər var idi. Bu formata uyğun olaraq komandada minimum 25 oyunçu olmalıdır ki, hər iki yarışda - həm ölkə çempionatında, həm də avrokuboklarda mübarizə aparasan. Çünki bir də baxırsan ki, heyətdə zədəli futbolçular olur və meydana istədiyin oyunçuları buraxa bilmirsən. Yeni formatda oyunların da sayı çoxdur. Oyunların sayı çox olduqda yorğunluq da qaçılmazdır. İnanıram ki, yeni mövsümdən bütün bu amillər nəzərə alınacaq.

- Juninyonun yoxluğu son iki Avropa Liqası matçında nəzərə çarpırdı?

- Bəli, Juninyonun yoxluğu özünü göstərdi. Rəqib komandanın futbolçuları Juninyonu xüsusi nəzarətdə saxlayırdılar və ondan çəkinirdilər. Juninyo adi vəziyyətdə qol epizodları yarada bilir və fərqlənməyi bacarırdı. Təbii ki, onun yoxluğu müəyyən qədər komandaya öz mənfi təsirini göstərdi.

- "Qarabağ" heyətlə bağlı hansı dəyişikliklər etməlidir?

- İlk növbədə heyətə çoxlu futbolçular cəlb olunmalıdır. Çünki dediyim kimi, zədəli və ya cəzalı futbolçular olduqda onların yeri boş qalmamalıdır. Bundan başqa, futbolçu sayı nə qədər çox olarsa, heyətdə rəqabət də bir o qədər çox olar. Belə olan halda hər zaman inkişaf göz önündə olur. Düşünürəm ki, bir oyunçuya görə sistem dəyişməməlidir.

- 3 il əvvəl "Qarabağ" Avropa Liqasında səfərdə "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəlmişdi. Bu dəfə isə eyni hesabla rəqib komanda qələbəyə sevinib. Sizcə, 3 il ərzində "Olimpiakos"da nələr dəyişib?

- Əvvəla onu deyim ki, "Olimpiakos" çox yaxşı kollektivdir. Heyətdə olduqca keyfiyyətli futbolçular yer alıb. Sözün açığı, rəqibin bu cür oyun sərgiləyəcəyini gözləmirdim. "Qarabağ"da aqressivlik çatmırdı. Bir çox epizodlarda rəqibdən geri qalırdıq. "Olimpiakos" 3 il ərzində heyətdə bir çox dəyişikliklər edib ki, bunun da bəhrəsini gördülər. Unutmayaq ki, rəqib komanda ötən il Konfrans Liqasının qalibi olub.

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

Futbol
Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Futbol
İran millisinin baş məşqçisi istefa verib

İran millisinin baş məşqçisi istefa verib

Futbol
"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib