Azərbaycan millisinin futzalçısı: “Yunanıstanla matça hər cəhətdən hazırıq”

Azərbaycan millisinin futzalçısı: “Yunanıstanla matça hər cəhətdən hazırıq”

Yunanıstanla matça hər cəhətdən hazırıq.

Bunu “Report”a açıqlamasında Azərbaycan futzal millisinin üzvü Tofiq Mikayılov AVRO-2026-nın əsas mərhələsində sabah baş tutacaq Yunanıstanla oyundan öncə danışarkən deyib.

O, azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib:

“Baş məşqçi uşaqlarla danışıb, səhvlərimizi izah edib. Növbəti oyunda nəyə diqqət yetirməli olduğumuzu deyib. İki gündür bu görüşə hazırlığı davam etdiririk. Matça hər cəhətdən hazırıq. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq üçün Yunanıstanla oyunda qələbə qazanmaq vacibdir. Azarkeşləri həm baxımlı oyun, həm də qələbə ilə sevindirməyə çalışacağıq".

O, bir neçə gün öncə səfərdə Xorvatiya millisinə 2:9 hesabı ilə uduzduqları görüşə də toxunub:

“Hesab oyuna görə olmadı. Çox bəsit səhvlərdən qollar buraxdıq. Özümüz də bir neçə qol vəziyyətindən istifadə edə bilmədik. Amma komanda şəklində bu durumdan cıxacağıq. Yunanıstanla görüş də çətin keçəcək. Doğma məkanda oynayacağıq. Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər və dəstəklərini əsirgəməsinlər”.

38 yaşlı futzalçı hər kəsin qələbəyə kökləndiyini vurğulayıb:

“Rəqibi kiçiltmək olmaz. Əvvəllər zəif hesab olunan komandalar bu gün futzalda müsbət nəticələr qazanmaqla seçilirlər. Başa düşürük, yunanlar da meydana qələbə üçün çıxacaqlar. Yaxşı oyun olacaq, amma komandamız qələbə qazanmalıdır. Başqa yolumuz yoxdur, komanda daxilində hər kəs qələbəyə köklənib”.

Qeyd edək ki, yığma AVRO-2026-nın əsas mərhələsində fevralın 4-də Bakıda Yunanıstanı qəbul edəcək. Oyun Bakı İdman Sarayında, saat 20:00-da başlayacaq.

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”

Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”

Futbol
Türkiyə kubokunun püşkü atılıb

Türkiyə kubokunun püşkü atılıb

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Futbol
KİV: Braziliya futbolçuları arasında virus yayılıb

KİV: Braziliya futbolçuları arasında virus yayılıb