Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Hələ hesabın təsiri altındayam"

Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Hələ hesabın təsiri altındayam"

"Gözləmədiyimiz halda 70-ci dəqiqədən sonra bu qədər qol buraxdıq. İndi də bunun təsiri altındayam, ayılmamışam".

Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev İsveçə 1:8 hesabı ilə uduzduqları yoldaşlıq oyunu ilə bağlı danışarkən deyib.

43 yaşlı mütəxəssis əvəzetmələrdən sonra 20 dəqiqə ərzində 6 qol buraxacaqlarını gözləmədiklərini bildirib: "Bir tərəfdən oturub fikirləşirsən ki, yoldaşlıq görüşü olsa da, üzücü və biabırçı nəticə qeydə alınıb. Hazırlıq oyununda səhvlərimizi gördük. Fevralda püşk atılacaq və seçmə mərhələdəki rəqiblərimiz bəlli olacaq. Həmin vaxt qrupda ən azı iki belə səviyyədə komanda görəcəyik. Belə ölkələrin U-21 yığmaları I və II səbətdə yer alır. Artıq bilirik ki, bu komandalara qarşı bu cür əvəzetmələr və açıq futbol olmayacaq. Bütün məsuliyyət mənim boynumdadır. Məğlubiyyətin əsas səbəbkarı da mənəm. İsveç kimi hücum xətti güclü olan kollektivlə açıq futbol oynamaq istəyirdik, bizi belə cəzalandırdılar. Futbolçularımız qol buraxdıqca irəli atılırdı. 70-ci dəqiqəyədək yaxşı qol vəziyyətlərimiz də var idi".

Əliyev bir neçə yeni futbolçunu sınaqdan keçirdiklərini xatırladıb: "Onların da oynamasına imkan verdik. Matçın 70-ci dəqiqəsinə kimi rəqib 2:1 hesabı ilə öndə idi. Görüş də normal, öz axarında gedirdi. Aşağı-yuxarı eyni səviyyədə oyun izləyirdik. Daha sonra 6 əvəzetmə etdim və oyun intizamı pozuldu. Qolların 4-nü məhz 86-cı dəqiqədən sonra buraxdıq. Açıq futbol sərgiləmək istəyirdik. Mən də bir az risk etdim. Elə oyunçular var idi ki, ilk dəfə U-21-in heyətində meydana çıxırdı. Birinci dəfə dəvət alanlar da var idi. Bəlkə mən də yoldaşlıq görüşləri üçün güclü rəqib seçməkdə bir az tələsdim. Bu matçlar onu göstərdi ki, sırf İsveç kimi dünya səviyyəli kollektivlə açıq futbol oynamaq olmaz. Eyni heyət olmasa da, onların U-21 yığması 2-3 il əvvəl olsa da, Avropa çempionluğunu yaşayıblar".

Baş məşqçi U-21-dəki futbolçuların əksəriyyətinin I Divizionda meydana çıxdığını sözlərinə əlavə edib: "Rəqibdəkilər isə Niderlandın AZ komandasında, Avstriya və İsveç Premyer Liqasında mübarizə aparırlar. Səviyyə fərqi bilinirdi. Amma buna baxmayaraq, 70 dəqiqə yaxşı təsir bağışladıq. Son 5 dəqiqədə 4 qol buraxmaq isə belə biabırçı nəticəyə gətirib çıxardı".

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

Futbol
Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Futbol
Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Futbol
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Futbol
"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

Futbol
Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb