Vüqar Əsədli: "Azərbaycan çempionatında çıxışımı qənaətbəxş hesab edirəm"

Vüqar Əsədli: "Azərbaycan çempionatında çıxışımı qənaətbəxş hesab edirəm"

Azərbaycan çempionatında çıxışımı qənaətbəxş hesab edirəm.

"QELEBE.AZ" xəbər verir ki, bunu Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycan çempionatının 1/4 finalında mübarizəni dayandıran Vüqar Əsədli deyib.

Şahmatçı öz oyununu normal qiymətləndirib:

“Azərbaycan çempionatında çıxışımı qənaətbəxş hesab edirəm. İlk mərhələdə Kənan Qarayevi məğlub etdim. 1/8 finalda Eltac Səfərli ilə tay-brekdə gərgin mübarizədə uğur qazanaraq mərhələ adladım. Eltacla partiyalar çox çətin oldu. 1/4 finalda Teymur Rəcəbovla oyunları bəyəndim. Onunla tay-brekin ilk oyununda riskli variant seçdim və pis vəziyyət aldım. Tay-brekin ikinci partiyasında qələbə üçün oynamağıma baxmayaraq, hesablamada dəqiq olmadım. Ümumiyyətlə, oyunumu normal dəyərləndirirəm”.

V.Əsədli 1/4 finalda Teymur Rəcəbova rəqib olmağın çətinliyindən danışıb:

“İlk dəfə klassik şahmatda Teymura qarşı oynadım, çox möhkəm şahmatçıdır. Oyun üslubumuz fərqlidir. Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi. Sadəcə, başqa rəqiblə qarşılaşsaydım, nəticə fərqli ola bilərdi. Belə şahmatçı ilə mübarizə aparmaq mənim üçün təcrübədir. Bəzi şeyləri Teymurdan öyrəndim”.

O, ölkə çempionatının təşkilatçılığı barədə suala cavab verib:

“Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunub. Dünya şahmat elitasında təmsil olunan iki qrossmeysterin çempionatda oynaması ciddi rəqabətdən xəbər verir. İştirakçı kimi şahmatçılara yaradılan şəraitdən razı qaldım. Belə yarışda oynamaq çox xoş oldu”.

Sonda Vüqar Əsədli Rumıniyada təşkil olunacaq Avropa çempionatında iştirak etməyi planlaşdırdığını söyləyib.

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Fərdi
"Formula 1" komandası yaponiyalı pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası yaponiyalı pilotun müqaviləsini uzadıb

Fərdi
ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Fərdi
Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Fərdi
Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb