Rusiyalı qapıçı: "Mənə "Qarabağ"da qalmağı təklif etdilər"

Rusiyalı qapıçı: "Mənə "Qarabağ"da qalmağı təklif etdilər"

Mənə "Qarabağ"da qalmağı təklif etdilər.

"Report"un məlumatına görə, bunu "Sport24.ru" saytına müsahibəsində Rusiya millisinin və "Dinamo"nun qapıçısı Andrey Lunyov deyib.

33 yaşlı qolkiper övladı üçün Moskvaya qayıtmağı seçdiyini bildirib:

"Oğlumun bu il beş yaşı tamam oldu. Məktəbə getməyinə az qalıb. Artıq daimi yaşayış yeri haqqında qərar verməyin vaxtı çatmışdı. Ona görə doğulub boya-başa çatdığım şəhərə döndüm".

Oyunçu "Qarabağ" klubunda hər şeydən razı olduğunu söyləyib:

"Bakı gözəl şəhərdir, çox rahatdır. Mən məmnuniyyətlə orada qalardım. Amma övladımın inkişafı üçün Moskvada daha çox imkanlar var. "Qarabağ" öz çempionatında hegemondur və müntəzəm olaraq avrokuboklarda çıxış edir. Mənim üşün əsas olan bu idi. Bu komandaya keçməmişdən əvvəl Türkiyə təmsilçiləri də mənimlə maraqlanırdı. Ən nüfuzlu klub yəqin ki, "Fatih Karagümrük" idi. Məşqçilər korpusunda dəyişiklik oldu, Andrea Pirlo getdi. Sonra məlum oldu ki, klub belimdəki zədəyə görə narahatdır. Mənə maaşsız müqavilə təklif etdilər. Oyunlar üçün pul ödəmək istəyirdilər. Ardınca Kiprin "Apollon" klubu da danışıq apardı. Məni gözlədiklərini və bilet alacaqlarını dedilər. Amma sonra onlardan səs-soraq çıxmadı və "Qarabağ" variantı ortaya çıxdı".

Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə "köhlən atlar"ın formasını geyinib.

Futbol
Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Futbol
Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Futbol
"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

Futbol
“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir

Futbol
"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq