Azərbaycan yığmasının baş məşqçisi: "Üç ildən sonra ciddi mübarizə apara biləcək basketbolçularımız olacaq"

Azərbaycan yığmasının baş məşqçisi: "Üç ildən sonra ciddi mübarizə apara biləcək basketbolçularımız olacaq"

Bizim layihəmiz beşillikdir. Artıq iki ili geridə qalıb. Üç ildən sonra ciddi mübarizə apara biləcək oyunçularımız olacaq.

Bu fikirləri "QELEBE.AZ"a açıqlamasında qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis yığmanın AVRO-2025-in seçmə mərhələsindəki çıxışını dəyərləndirib:

"2022-ci ilin dekabrından bu vaxtadək altı oyun keçirdik. Həqiqətən ən çətin üç rəqiblə eyni qrupa düşdük. Polşa, Belçika və Litva səviyyəsində kollektivlər digər qruplarda azdır. Polşa və Litvada qadın basketbolu çox inkişaf edib. Bu səbəbdən güclü rəqiblərlə üz-üzə gəlməli idik. Bu səviyyədə rəqibləri görmək də bizim üçün sürpriz oldu. Çünki komandamız buna hazır deyildi. Federasiya da qadın basketboluna ciddi dəstək olur. Əlimizdəki oyunçuları müəyyənləşdirmişik. Yeni və gənc oyunçularla heyəti komplekləşdirmək istəyirik. 2007-2010 təvəllüdlü oyunçuları həyətə cəlb etmişik. Buna məcbur idik. Çünki əvvəlki heyətdə yer alan basketbolçuların yaşı 40 və daha yüksək idi".

O, yeni basketbolçuların təcrübə qazanmasını istədiklərini söyləyib:

"Seçmə mərhələdə xal qazanmaq kimi bir hədəfimiz yox idi. İlk görüşlərdə xal fərqi daha böyük olurdu. Vaxt keçdikcə bunu azaltdıq. Bu çətindir. Məsələn, fikirləşin ki, İspaniyanın "Real" klubu ilə Türkiyə təmsilçisi "Bursaspor" oynayır. Amma təslim olmadıq. Qadın basketbolunda təcrübə qazandıq. Bizim layihəmiz beşillikdir. Artıq iki ili geridə qalıb. Üç ildən sonra ciddi mübarizə apara biləcək oyunçularımız olacaq. Məncə, Litva və Belçika Avropa çempionu ola bilərlər. Bu sürpriz olmayacaq. Fransa da namizədlərdən biridir. Komandamızın belə ciddi rəqiblərlə oynaması oyunçularımız üçün şansdır. Buna görə Azərbaycan Basketbol Federasiyasının rəhbərliyinə təşəkkür edirik. Bu oyunçular həftədə 10 dəfə məşq edirlər. Məktəbdən əvvəl və sonra da çalışırlar. Həyatlarını basketbola veriblər. İnanıram ki, yaxşı idmançılarımız olacaq. Çox gəncdirlər. Hazırda onlardan nəticə istəmək tezdir. Amma inanmağa davam edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Polşa ilə yanaşı, Belçika və Litva ilə mübarizə apardığı qrupda keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olub.

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb