Əməkdar məşqçi: "Teymur Rəcəbov - Rauf Məmmədov duelində kimin favorit olduğunu söyləmək çətindir"

Əməkdar məşqçi: "Teymur Rəcəbov - Rauf Məmmədov duelində kimin favorit olduğunu söyləmək çətindir"

Teymur Rəcəbov - Rauf Məmmədov duelində kimin favorit olduğunu söyləmək çətindir.

Bunu "QELEBE.AZ"a açıqlamasında əməkdar məşqçi Anar Allahverdiyev deyib.

O, Azərbaycan çempionatının yarımfinal mərhələsində bu gün baş tutacaq tay-brek görüşləri haqqında fikirlərini bölüşüb:

"Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov uzun illərdir ki, Azərbaycan şahmatının və millisinin liderləridir. Şəhriyarın finala yüksələcəyi gözlənilən idi. Hər ikisi dünya miqyasında tanınmış qrossmeysterlərdir. Rəcəbovun yarımfinaldakı rəqibi də çox təcrübəli Rauf Məmmədovdur. Tay-brekin necə başa çatacağını birlikdə görəcəyik. İstənilən halda, finalda güclü şahmatçılar üz-üzə gələcəklər".

A.Allahverdiyev Teymur Rəcəbovun əmsalına və nəticələrinə görə favorit kimi göründüyünü söyləyib:

"Amma bunlar əvvəl qazanılan nailiyyətlərdir. İdmanda özünü hər gün sübut etməlisən. O, son yarışlarda o qədər də inamlı çıxış etmədiyi üçün bugünkü mübarizənin də bərabər səviyyədə keçəcəyini düşünürəm".

Əməkdar məşqçi qadınların turniri ilə bağlı da danışıb:

"Günay Məmmədzadə dünənki qələbədən sonra ruhlana bilər. Gülnar Məmmədovanın rahatlıqla finala yüksələ biləcəyini düşünənlər də oldu. Bu geridönüş qadın şahmatında çox böyük emosional sıçrayışa şərait yarada bilər. Qadınlardan da kimin finala çıxacağını söyləməkdə çətinlik çəkirəm. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva da buna layiqdir. Hamısı yığma komandanın üzvüdür".

Qeyd edək ki, Azərbaycan çempionatında bütün finalçılar bu gün müəyyənləşəcək.

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Futbol
“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib

“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib

Futbol
Qazaxıstan yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb

Qazaxıstan yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb

Futbol
DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
"Olimpiakos"un iki əsas futbolçusu "Qarabağ"la oyundan əvvəl zədələnib

"Olimpiakos"un iki əsas futbolçusu "Qarabağ"la oyundan əvvəl zədələnib

Futbol
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

Futbol
Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"