İngiltərə Premyer Liqası: “Qudison Park”dakı sonuncu Mersisayd derbisi dramatik sonluqla bitib

İngiltərə Premyer Liqası: “Qudison Park”dakı sonuncu Mersisayd derbisi dramatik sonluqla bitib

İngiltərə Premyer Liqası XV turunda “Everton” “Liverpul”u qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Maykl Oliverin idarə etdiyi matç “Qudison Park”da baş tutub.

Növbəti mövsümü yeni meydanda – “Everton Stedium”da keçirəcək “mavilər” üçün “Qudison Park”dakı son Mersisayd derbisi xüsusilə əlamətdar olub. Oyunda hesabı Devid Moyesin yetirmələri açıb. 11-ci dəqiqədə Beto Carred Brantueytin ötürməsindən maksimum yararlanıb.

Lakin ev sahiblərinin sevinci çox çəkməyib. Belə ki, cəmi beş dəqiqə sonra Aleksis Makallister Məhəmməd Salahın dəqiq ötürməsindən sonra topu başla Pikfordun qoruduğu qapıya göndərib - 1:1.

73-cü dəqiqədə Salah komandasının hücumunu məntiqi sonluğa çatdırıb. Bununla belə, təzyiqi artıran “mavilər” 8-ci uzatma dəqiqəsində istəyinə çatıb. Ceyms Tarkovski tarazlığı bərpa edərək yekun hesabı müəyyənləşdirib – 2:2.

Oyundan sonra futbolçular arasında qarşıdurma baş verib. “Everton”dan Abdulay Dukure, “Liverpul”dan isə Körtis Cons ikinci xəbərdarlıqdan sonra qırmızı vərəqə alıblar. Baş hakim “qırmızılar”ın baş məşqçisi Arne Slota da qırmızı vərəqə göstərib.

Qeyd edək ki, hələ ötən ilin dekabrında keçirilməli olan bu matç əlverişsiz hava şəraiti ilə əlaqədar ertələnmişdi.

Beləliklə, 24 oyundan sonra “Liverpul”un 57 xalı var. Çempionatın şəriksiz liderinin ən yaxın təqibçisi 50 xala malik “Arsenal”dır. “Everton” 27 xalla 15-ci pillədə qərarlaşıb.

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Futbol
Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb

Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

Futbol
Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb

Futbol
Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

Futbol
Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Futbol
Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA "Qarabağ"dan reportaj hazırlayıb