Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki, gələcəkdə bütün çempionatlarımız belə keçəcək"

Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki, gələcəkdə bütün çempionatlarımız belə keçəcək"

Ümidvarıq ki, gələcəkdə bütün çempionatlarımız belə keçəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri bu gün başa çatan yarışla bağlı təəssüratlarını bölüşüb:

"Tarixi, Azərbaycanın ən güclü şahmatçılarının iştirakı, həm də ilk dəfə bu sistemlə keçirilən yarış başa çatdı. Bu gün qaliblər müəyyənləşdi. Finallar çox gərgin mübarizə şəraitində keçdi. Şəhriyar Məmmədyarov gözləniləndən fərqli olaraq ikinci yeri tutdu. Baxmayaraq ki, final mərhələsində üstünlük nümayiş etdirmişdi. Bu idmandır, səhv edən məğlub olur".

M.Məmmədov ölkə çempionatını rekord sayda tamaşaçının izlədiyini vurğulayıb:

"Şahmatçıların hər birinin bu yarışda iştirakından məmnunuq. Deyilənə görə, çempionatı rekord sayda tamaşaçı canlı izləyib. Rəqəmlər də açıqlandı. Həm sosial şəbəkələrdə, həm də televiziya vasitəsilə geniş şəkildə işıqlandırıldı. Bu da bizi sevindirməyə bilməz. Ümidvarıq ki, gələcəkdə bütün çempionatlarımız belə keçəcək. Bütün şahmatçıları təbrik edirəm".

Qeyd edək ki, kişilərin mübarizəsində Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub. Üçüncü yeri Misrətdin İskəndərov tutub.

Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

Fərdi
ABŞ rusiyalı idmançıların Paris-2024-də iştirak etməsini istəyir

ABŞ rusiyalı idmançıların Paris-2024-də iştirak etməsini istəyir

Fərdi
Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Fərdi
Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Fərdi
"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib