Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti: "Gənclərimiz Türkiyədə yüksək nəticələr qazandılar"

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti: "Gənclərimiz Türkiyədə yüksək nəticələr qazandılar"

Gənclərimiz yüksək nəticələr qazandılar. Böyüklərdən ibarət milli üzvlərinin çıxışını isə qənaətbəxş hesab edirəm.

Bu fikirləri "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev deyib.

O, Azərbaycan təmsilçilərinin Antalya şəhərində keçirilmiş G-2 kateqoriyalı XII Türkiyə Açıq beynəlxalq turnirində iştirakı ilə bağlı fikirlərini bölüşüb:

"Yarışda gənclər və böyüklər komandası tam heyətlə mübarizə apardı. Turnir ilk dəfə "Daedo Gen3" sistemi ilə təşkil olundu. İdmançı və məşqçilərimiz üçün bir sınaq oldu. Əsas yığmamız yanvarın 5-dən məşqlərə başlamışdı. Taekvondoçular öz çəkilərindən bir çəki yuxarıda mübarizə aparırdılar. Yarış da yüksək səviyyədə təşkil olunmuşdu. Martda böyük və yeniyetmə taekvondoçularımızı Belçika və Hollandiyada keçiriləcək beynəlxalq turnirlər gözləyir".

N.Paşayev Türkiyə Taekvondo Federasiyasının (TTF) rəhbərliyinin onlara xatirə hədiyyəsi təqdim etməsi barədə danışıb:

"Üçqat dünya çempionu, olimpiya ikincisi, 5 qat Avropa çempionu Bahri Tanrıqulu seçkilərdə qalib gələrək Türkiyə Taekvondo Federasiyasının prezidenti seçilib. Orada olduğumuz müddətdə qarşılıqlı əməkdaşlığın rəmzi olaraq ATF-yə xatirə hədiyyəsi təqdim etdi. Birlikdə müzakirələrimiz oldu, hər üç yaş qrupu üzrə qarşılıqlı təlim-məşq toplanışları keçirməyi, təcrübə mübadiləsi aparmağı düşünürük. Bu, bizim proqramlarda da əksini tapır".

Vitse-prezident Ramal Camalovla yanaşı, Aygül Abdullayevanın da turnirin ən yaxşı hakimi seçilməsi ilə bağlı fikirlərini bölüşüb:

"Yarışda beynəlxalq dərəcəli referilərimiz ölkəmizi təmsil etdilər. ATF-in baş hakimi Gündüz Abdullayev parataekvondo və kyorugi, ATF-in baş hakiminin müavini Aygül Abdullayeva və Ramal Camalov parataekvondo, kyorugi (döyüş) və pumse, Etibar İbrahimov isə pumse üzrə turnirlərdə hakim kimi təmsil olundular. Yarışların yekununda bir kişi və bir qadın hakim yarışın ən yaxşısı adına layiq görüldü. Ramal Camalov kişilər arasında bu ada layiq görüldü. Bu bir daha göstərir ki, federasiya tərəfindən idmançılarımızın yetişdirilməsi ilə yanaşı, hakimlərin də beynəlxalq səviyyədə təmsil olunmalarına diqqət yetirilir".

Fərdi
Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Fərdi
Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"