"Neftçi"nin bir neçə futbolçusu İstanbul nəhənglərinin skautlarının diqqətini çəkib

"Neftçi"nin bir neçə futbolçusu İstanbul nəhənglərinin skautlarının diqqətini çəkib

Hər üç komandanın skautlarının bəzi futbolçularımızın adlarını qeyd etməsinin şahidi oldum. İnşallah, gələcəkdə bir neçə futbolçumuzun İstanbul klublarına transferini görə bilərik.

Bunu "Report"a açıqlamasında “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül deyib.

O, "ağ-qaralar"ın U-17 komandasının qardaş ölkədə beynəlxalq yoldaşlıq matçları keçirməsi ilə bağlı fikirlərini bölüşüb:

"Neftçi" Futbol Akademiyası olaraq prioritetlərimizdən biri də ölkə xaricinə səfərlərin təşkilidir. Akademiyamızda oynayan və əsas komandaya yüksələcəyini düşündüyümüz futbolçuların daha güclü rəqiblərə qarşı necə oynayacağını yoxlamaq üçün bu səfərləri istəyirik. Rəhbərlik də bizə bu yöndə dəstək olur. İstanbul səfərimiz də məhz bununla bağlı idi. U-17 komandamızın həqiqətən böyük potensialı var. Heyətdə əsas komandaya namizəd ola biləcək çoxlu oyunçu var. Bu səbəbdən Türkiyənin ən güclü klubları olan "Qalatasaray, "Fənərbağça" və "Beşiktaş"a qarşı oyunlarda özümüzü sınamaq istədik".

C.Bülbül ilk matçlarının "Qalatasaray"a qarşı olduğunu xatırladıb:

"Heyətimizdə yeni oyunçular var, həyəcanlı idilər. Hətta ilk dəfə təyyarəyə minənlər də oldu. İstər fərdi, istərsə də komanda şəklində rəqibə qarşı həqiqətən çox üstünlük qazana bilmədik. Amma hesaba baxmayaraq, "Beşiktaş" və "Fənərbağça" ilə görüşlərdə tam əksi idi. Oyunda üstün olan tərəf biz idik. Ad çəkmək istəmirəm, xüsusilə bir neçə futbolçumuz bizi çox sevindirdi. Təbii ki, komanda olaraq çox yaxşı oyun nümayiş etdirdilər. Amma daha əvvəl də dediyim kimi, bu, "Fənərbağça" və "Beşiktaş"la qarşılaşmalarda idi. Açıq şəkildə deyə bilərəm ki, onlardan 3-4-ü "Qalatasaray", "Beşiktaş" və "Fənərbağça"da rahat oynaya biləcəkləri performanslar göstərdilər. Bu da bizi çox sevindirir. Bu klubların məşqçi heyəti ilə də görüşümüz oldu. Bir sıra məsələləri müzakirə etdik. Dediyimiz kimi, tək futbolçular yox, texniki komandamız da təcrübə qazandı. Fikir mübadiləsi apardıq. Onlara akademiyanın strategiyası, məqsədi və planlarından söz açdıq. Bizim çox yaxşı münasibətlərimiz var. Ən qısa zamanda bizdən təklif gözləyirlər. Təklif göndərsək, "Fənərbağça", "Beşiktaş" və "Qalatasaray"ı qəbul edəcəyik. Bu da planımızda var".

Direktor oyunçuların Türkiyə Superliqasının oyunlarını da tribunadan izlədiyini söyləyib:

"İlk olaraq "Qalatasaray" - "Adana Dəmirspor" (yarımçıq qalıb), ardınca "Beşiktaş" - "Trabzonspor" qarşılaşmasını tribunadan izlədik. "Beşiktaş"ın əsas komandasının məşqində də olduq. Baş məşqçi Ule-Qunnar Solskyaer ilə də görüşdük. Təcrübə mübadiləsi apardıq. Oyunçular haqqında məlumat verdik. Məşqçilərimiz onları maraqlandıran sualları vermək imkanı əldə etdilər. "Beşiktaş"ın əsas komandasının məşqini 30 dəqiqə izlədik. Bu məşq formatı ilə bağlı daha sonra müzakirələr apardıq. Ule-Qunnar Solskyaer yeniyetmə futbolçularımızla da görüşdü. Hətta akademiyada skaut komandası ilə də fikir mübadiləsi apardı. Getdiyim oyunlarda "Qalatasaray" və "Fənərbağça"nın da akademiyasının direktorları, koordinatorları və skaut komandası ilə təmasda oldum. Onlar məndən futbolçular haqqında məlumat aldılar. Mən də onların oyunçuları barədə məlumat topladım. Bir çox mövzularda rəylər aldıq".

Qeyd edək ki, "Neftçi"nin U-17 komandası "Qalatasaray"a 0:5, "Fənərbağça"ya 1:4, "Beşiktaş"a isə 0:1 hesabı ilə uduzub.

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Futbol
"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
Yurgen Klopp Çempionlar Liqasında yeni rekorda imza atıb

Yurgen Klopp Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Futbol
Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

Futbol
Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb

Futbol
"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq