Türkiyə Kikboksinq Federasiyasının prezidenti: "Azərbaycanlı qardaşlarımıza dəstəyimizi sona qədər göstərəcəyik"

Türkiyə Kikboksinq Federasiyasının prezidenti: "Azərbaycanlı qardaşlarımıza dəstəyimizi sona qədər göstərəcəyik"

Federasiya olaraq azərbaycanlı qardaşlarımıza dəstəyimizi sona qədər göstərəcəyik.

"QELEBE.AZ" xəbər verir ki, bunu Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda gördükləri qonaqpərvərlikdən olduqca razı olduqlarını söyləyib:

"Sizə Türkiyədən qucaq dolusu salam gətirmişəm. Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Roy Beykerlə birgə Bakıya gəldik. Ölkənizdə idmanla bağlı müəyyən görüşlərimiz olacaq. Qonaqpərvərlik nümayiş etdirdiklərinə görə Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. 2027-ci ildə kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının Bakıda keçirilməsi gündəmdədir. Biz federasiya olaraq bu işdə azərbaycanlı qardaşlarımıza dəstəyimizi sona qədər göstərəcəyik. Azərbaycan və Türkiyə qardaş ölkələrdir".

WAKO rəsmisi Şəhidlar xiyabanını və Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmələri barədə danışıb:

"Heydər Əliyev prezident olduğu dövrdə Azərbaycanda idmanın inkişafına olduqca böyük töhfələr verib. Onun davamçısı, hazırkı ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan idmanı bir qədər də inkişaf edir. Həm Ulu Öndər Heydər Əliyevə, həm də müqəddəs torpaqların azadlığı uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm".

Qeyd edək ki, WAKO-nun prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı martın 5-dək Bakıda səfərdə olacaqlar. Onların Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Gövhər Beydullayeva sloveniyalı şahmatçı ilə görüşdə qələbəni əldən verməsindən danışıb

Gövhər Beydullayeva sloveniyalı şahmatçı ilə görüşdə qələbəni əldən verməsindən danışıb

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"