DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Bu gün DÇ-2022-də qrup mərhələsinin I turuna yekun vurulub.

QELEBE.AZ saytının məlumatına görə, turun son oyununda yarışın daha bir favoriti mübarizəyə qoşulub.

Bütün mundialların iştirakçısı olan yeganə komanda Braziliya Serbiyanı sınağa çəkib.

20 ildir çempionluğa həsrət olan pentakampeonları növbəti zəfərə daşımağa çalışan Neymar və yoldaşları avropalılarla görüşdə nəyə qadir olduğunu göstərdi.

Serbiya isə sensasiyalarla zəngin Qətər-2022-də favoriti büdrətmək niyyətində olub.

Dörd il əvvəl Rusiyadakı turnirdə 0:2 hesabı ilə uduzan balkanlılar həmin yenilginin də revanşını almağa köklənmişdi.

Lakin son 7 çempionatda 1/4 final həyəcanı yaşayan Braziliyanın büdrəmək ehtimalı da çox aşağı idi.

Görüş Brazilya yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər matçında İsveçrə ilə Kamerun qarşılaşıb. Avropa təmsilçisi bu görüşdə 1:0 hesabı ilə qalib gəlib.

DÇ-2022, qrup mərhələsi
24 noyabr, I tur
G qrupu
23:00. Braziliya – Serbiya 2:0

Qol: Rişarlison, 62, 73

Futbol
"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

Futbol
“Kəpəz”də əsas komandadan qovulan futbolçu: “Müqaviləm var, oturub pulumu alacağam”

“Kəpəz”də əsas komandadan qovulan futbolçu: “Müqaviləm var, oturub pulumu alacağam”

Futbol
Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Futbol
“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT VİDEO

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT VİDEO

Futbol
Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Futbol
Seneqallı futbolçunun həyat yoldaşı "Qarabağ"la oyundan sonra huşunu itirib

Seneqallı futbolçunun həyat yoldaşı "Qarabağ"la oyundan sonra huşunu itirib

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

Futbol
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ" bizdən güclü idi"

"Nant"ın baş məşqçisi: "Qarabağ" bizdən güclü idi"

Futbol
Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Futbol
Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub