Azərbaycan millisinin zədə səbəbindən heyətdən çıxarılan qapıçısının son durumuna aydınlıq gəlib

Azərbaycan millisinin zədə səbəbindən heyətdən çıxarılan qapıçısının son durumuna aydınlıq gəlib

Azərbaycanın futzal millisinin zədə səbəbindən heyətdən çıxarılan qapıçısı Rövşən Hüseynlinin son durumuna aydınlıq gəlib.

O, “QELEBE.AZ”a açıqlamasında çiynindən zədə aldığını bildirib.

Zədə səbəbindən millinin Avropa çempionatının əsas mərhələsində Yunanıstanla keçirəcəyi matçını buraxacaq təcrübəli futzalçı əvvəlki zədəsini yenilədiyini söyləyib:

“Əslində, bu zədə məndə 7 ilə yaxındır var. Sonuncu dəfə “Atırau”da oynayanda bu zədədən ayyarım əziyyət çəkmişdim. Dünən səhər məşqində yenidən eyni yerdən - çiynimdən zədələndim. Ağır və ya uzunmüddətli zədə deyil. Sahə oyunçusu olsaydım, bəlkə də ağrıkəsici vasitəsilə oynaya bilərdim. Qapıçı olduğuma görə bu vəziyyətdə oynamaq çətindir. Çünki yıxılan zaman əlimi dayaq kimi istifadə edirəm. Belə olanda da narahatlıq yaranır. Davam etsəydim, daha da pis ola bilərdi. Elə bir zədədir ki, buna görə əməliyyat olunmağa dəyməz. Qapıçıların çiyinlərində, dizlərində əksər vaxtlarda belə zədələr olur”.

Qolkiper təxminən 10-15 gün oynamamaq ehtimalının olduğunu vurğulayıb:

“Hazırda müalicə alıram. Martın 11-də millinin, 16-da isə klubumun oyunu var. Çox güman, həmin matçlarda iştirak etməyəcəyəm. 10-15 gün oynamaya bilərəm. Bu, bərpa prosesindən asılıdır. Belə zədələrdən sonra istirahət etmək, trenajorda müəyyən ağırlıqla işləmək lazımdır”.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21:00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.

Futbol
Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
Azərbaycan millisinin qapıçısı zədələnib

Azərbaycan millisinin qapıçısı zədələnib

Futbol
Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
"Fənərbağça" legioneri ilə yollarını ayırıb

"Fənərbağça" legioneri ilə yollarını ayırıb

Futbol
"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

Futbol
Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib