“Fənər”də ciddi itki
"Fənərbaxça" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.
Futbolçu UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində İstanbul təmsilçisinin "Reyncers"lə qarşılaşdığı matçda zədələnib.
Türkiyə millisinin üzvü oyuna davam edə bilməyib və 16-cı dəqiqədə yerini Aleksandr Cikuya buraxıb.
Qeyd edək ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

https://qalaba.az//uploads/photo/fenerde-ciddi-itki.webp