Kimmix karyerasını Fransada davam etdirə bilər

Kimmix karyerasını Fransada davam etdirə bilər

“Bavariya” və Almaniya millisinin üzvü Coşua Kimmix karyerasını Fransada davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, futbolçu ilə PSJ yaxından maraqlanır.

Komanda yayda yarımmüdafiəçiyə 4 illik müqavilə təklif etməyə hazırlaşır.

Xatırladaq ki, Kimmix “Bavariya”ya 2015-ci ildə “Ştutqart”dan 8,5 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, 30 yaşlı oyunçu bu mövsüm Bavyera təmsilçisinin heyətində iştirak etdiyi 37 rəsmi matçda 1 qol, 10 assistlə yadda qalıb.