Millimizin üzvü oynadı, komandası lider oldu

Millimizin üzvü oynadı, komandası lider oldu

Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejon" Cənubi Koreya liqasında liderliyə yüksəlib. 

QELEBE.AZ xəbər verir ki, Krivotsyukun komandası ölkə çempionatının 4-cü turunda səfərdə "Daegu"nu məğlub edib - 2:1. 

Krivotsyuk 90 dəqiqə meydanda yer alıb. O, sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Daejeon" 4 matçdan sonra 9 xal toplayıb.