Azərbaycanın şahmat üzrə dünya ikincisi: "Daha yüksək yer tuta bilərdim"

Azərbaycanın şahmat üzrə dünya ikincisi: "Daha yüksək yer tuta bilərdim"

Səhvlər az olsaydı, daha yüksək yer tuta bilərdim.

"QELEBE.AZ"un məlumatına görə, bunu Monteneqroda təşkil edilən 20 yaşadək şahmatçılar arasında dünya çempionatında gümüş medal qazanan Ayan Allahverdiyeva deyib.

Azərbaycan şahmatçısı mötəbər yarışda gümüş medal qazanmasını belə dəyərləndirib:

“Dünya çempionatında səhvlərim çox oldu. Məğlubiyyətdən sonra toparlanmağı bacardım və finişə qədər uğurlu çıxış etməyə çalışdım. Qazandığım nailiyyətdə əməyi olan hər kəsə - məşqçimə, Azərbaycan Şahmat Federasiyasına və doğmalarıma təşəkkür edirəm. Növbəti yarışlarda da onları sevindirməyə çalışacağam”.

O, 8 mart - Beynəlxalq Qadınlar Günündə qazandığı mükafatı anasına həsr etdiyini bildirib:

“Düzünü desəm, bayramı fikirləşməyə vaxt olmadı. Amma bu medalı anama həsr etsəm, doğru olar. O, hər zaman mənimlədir. Hətta mükafatlandırmadan sonra zəng vuraraq Vətənə qayıtmaqla bağlı yolda ehtiyatlı olmağımı istəyir, uduzanda da mənə dəstək olur”.

2024-cü ildə 20 yaşadək şahmatçıların dünya çempionatında bürünc medal qazanan A.Allahverdiyeva növbəti il bu yarışda iştirak edə bilməyəcəyini qeyd edib:

“Artıq 20 yaşım tamam olacaq və mən bu yarışda daha iştirak etməyəcəm. Ötən il qazandığım bürünc medaldan sonra Vətənə ən yüksək əyarlı mükafatla qayıtmağı arzulayırdım. Təsəllim qızıl medal qazanan FIDE təmsilçisi Anna Şukmanı əvvəlki turda məğlub etməyim oldu. Məşqlərdə daha çox işləməliyəm ki, səhvləri təkrarlamayım. Qarşıdakı Avropa çempionatında iştirak etməyi planlaşdırıram. Arzularımdan biri yaxın gələcəkdə qadınlardan ibarət Azərbaycan millisinin əsas üzvünə çevrilməkdir”.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib