Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
Belçika Pro Liqasının XXIX turunda "Serkl Brügge" "Klub Brügge"ni qəbul edib.
Apasport.az xəbər verir ki, qonaqların qələbəsi ilə yekunlaşan matç (3:1) qalmaqalla yadda qalıb.
Belə ki, derbinin sonunda qələbəyə sevinən qonaqların yarımmüdafiəçisi Ardon Jaşari rəqib meydançasının mərkəzinə komandasının rəmzi olan "mavi-qara" bayraq sancmaq istəyib.
Lakin ev sahibi komanda buna sərt reaksiya verib. Tərəflər arasında dava düşüb.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:

https://qalaba.az//uploads/photo/belchika-derbisinde-qalmaqal-bayraq-sancmaq-istedi-dava-dushdu-video.webp