AFFA-nın cəzalandırdığı baş məşqçi hakimlər otağına girməsinin səbəbini açıqlayıb

AFFA-nın cəzalandırdığı baş məşqçi hakimlər otağına girməsinin səbəbini açıqlayıb

AFFA İntizam Komitəsinin cəzalandırdığı "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə Azərbaycan I Liqasının XVII turunda MOİK ilə oyundan sonra hakimlər otağına girməsinin səbəbini açıqlayıb.

O, "Report"a açıqlamasında bunun penalti epizodu ilə bağlı olduğunu bildirib.

"Öncəki turlarda bir neçə dəfə təmiz penaltilərimizi verməyiblər. Əvəzində isə qapımıza 7 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. MOİK-lə son matçda rəqib qapıçı futbolçumuzun ayağına zərbə vurdu. Təkrara baxanda da qayda pozuntusunun olduğu aşkar görünür. Lakin qarşılaşmanın baş hakiminin fiti həmin an susdu. Mən də bu vəziyyətdən təngə gəldiyim üçün onların otağına yaxınlaşdım ki, haqqımız olan penaltini niyə təyin etmədiniz? Orada heç bir təhqir, söyüş və ya artıq-əskik söhbət olmayıb. Hətta şahidlər də var idi. Əslində mən dəhlizdə gedərkən anidən gördüm ki, hakimlər briqadasının otağının qarşısındayam. Təsadüfən ağlıma gəldi ki, içəri girim və sözümü deyim", - deyə A.Quluzadə vurğulayıb.

32 yaşlı mütəxəssis oyunun gedişində qırmızı vərəqə almasından xəbərsiz olduğunu söyləyib:

"İnanın, matç başa çatdıqdan sonra xəbərim olub ki, mənə qırmızı vərəqə göstərilib. Dediyim kimi, hakimlərin bəzi qərarları bizi təngə gətirib. Vaxtında düzgün qərarlar qəbul edilsəydi, bizim əlavə 10-12 xalımız olardı. Bu isə turnir cədvəlindəki mövqeyimizə müsbət təsir edərdi".

Qeyd edək ki, AFFA İntizam Komitəsi 2:2 hesabı ilə başa çatan MOİK - "Qaradağ Lökbatan" oyunundan sonra hakimlərin otağına daxil olan Amit Quluzadəni 3 oyunluq cəzalandırıb.

Futbol
Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Futbol
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

Futbol
Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

Futbol
Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Futbol
Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Futbol
Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək