Azərbaycan millisinin baş məşçisi: “Uşaqlar Niderlandda gözlədiyimizdən daha yaxşı döyüşdülər”

Azərbaycan millisinin baş məşçisi: “Uşaqlar Niderlandda gözlədiyimizdən daha yaxşı döyüşdülər”

Uşaqlar Niderlandda keçirilən yarışda gözlədiyimizdən daha yaxşı döyüşdülər.

Bunu “Report”a açıqlamasında Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo millisinin baş məşqçisi Səbuhi Zülfüqarov Niderlandda keçirilən 52-ci açıq çempionatda qazanılan nəticələrlə bağlı fikirlərini bildirərkən deyib.

Mütəxəssis əvvəlki yarışlarla müqayisə aparıb:

“Qatıldığımız ikinci yarışdır. Açığı, yeniyetmələrdən belə nəticə gözləmirdim. Çünki BƏƏ-dəki yarışda 1-i qızıl olmaqla 6 medal qazanmışdıq. Ona görə də Niderlandda daha çox qızıl medal gözləyirdik. Uşaqlar gözlədiyimizdən daha yaxşı döyüşdülər. İlk yarışla müqayisə etsək, çox yaxşı nəticədir”.

O, heyətdə nəsil dəyişikliyi olduğunu vurğulayıb:

“Komanda təcrübəsizdir, çünki cəmi ikinci dəfədir beynəlxalq yarışa qatılır. Həm də bu il yeniyetmələrdə nəsil dəyişikliyi olub, keçənilki heyətdən heç kim qalmayıb. Hamısı bu ildən etibarən gənclərdən ibarət komandada çıxış edirlər. Yeni nəsil olduğuna görə bu nəticəni çox bəyəndim. Düzdür, uşaqlarda təcrübəsizlik, texniki-taktiki səhvlər var. Səhvləri düzəltməyə və daha yaxşı nəticələr göstərməyə çalışacağıq”.

S.Zülfüqarov martın 15-də Belçikanın Lommel şəhərində keçiriləcək açıq çempionatla bağlı gözləntilərini bölüşüb:

“Belçikadakı yarışla bağlı bir söz demək çətindir. Çünki o da çox yaxşı turnirdir. Ümid edirəm ki, yüksək nəticələr göstərərik. Medal sayında fərq ola bilər, amma inanıram ki, uşaqlar Niderlanddakından daha yaxşı döyüşəcəklər”.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə taekvondoçuları Niderlandda keçirilən 52-ci açıq çempionatda 5 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıb.

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Futbol
"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

Futbol
AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

Futbol
Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

Futbol
Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Nigeriya Futbol Federasiyası FIFA-nın tələbini yerinə yetirib

Nigeriya Futbol Federasiyası FIFA-nın tələbini yerinə yetirib

Futbol
Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”