Anaxanım İsmayılova dünya çempionatında mərhələ adlayıb

Anaxanım İsmayılova dünya çempionatında mərhələ adlayıb

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.

Apasport.az xəbər verir ki, 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.

Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.

Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.