Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Bakıda Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar start götürüb.

"QELEBE.AZ"un məlumatına görə, 30 noyabradək davam edəcək seminarda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə milli komandaların məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edir.

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah ediləcək. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunacaq.

Daniel Laskau jurnalistlərə açıqlamasında yeni olimpiya dövrünə daxil olduqlarını bildirib: "Bu dövr həmişəkindən daha qısadır və biz qaydaları düzgün şəkildə tətbiq edərək idmançılara, həmçinin cəmiyyətə maraqlı və ədalətli idman nümayiş etdirmək niyyətindəyik. Həmçinin, 2022-ci ilin iyun ayından etibarən başlayan təsnifat dövrü və 2024 Olimpiya Oyunlarının yüksək səviyyədə keçməsi üçün yeni qaydaların düzgün formada tətbiq olunması vacibdir".

Rəşad Rəsullu
Rəşad Rəsullu

ACF-in baş katibi Rəşad Rəsullunun sözlərinə görə, federasiya rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri hakimlərin və məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir: “İJF Akademiyası ilə birlikdə başladığımız proqram və İJF-nin hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə keçirilən bu seminarda təkcə hakimlərimiz və yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz və hakimlərimiz də iştirak edirlər. Seminarın keçirilməsində əsas məqsəd hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin, bilik və bacarıqlarının artırılması və bununla da uğurlu idmançı nəslinin yetişməsinə dəstək verməkdir. Həmçinin, əsas hədəflərimizdən biri “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılmasıdır. İnanırıq ki, həyata keçirdiyimiz sistemli və ardıcıl fəaliyyətlər ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxın müddətli, həm də uzunmüddətli gələcəkdə ciddi töhfə verəcək".

Fərdi
Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Fərdi
Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Fərdi
“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb

“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb

Fərdi
Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Fərdi
Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq