Ayxan Abbasov U-21 millimizə baş məşqçi təyin edilib
Aşağı yaş qruplarından ibarət yığma komandaların baş məşqçilərinin adları bəlli olub.
QELEBE.AZ xəbər verir ki, AFFA U-17 millisi Aqil Nəbiyevə tapşırılıb. Nəbiyev U-17 yığmasını Belarusa turnirə aparacaq.
18 yaşadək futbolçulardan ibarət seçməni İlham Yadullayev çalışdıracaq.
U-19 millisinin də baş məşqçisinin adı bəllidir. Belə ki, Elxan Abdullayev yığmaya rəhbərlik edəcək. U-19 Qəbələdə toplanışda iştirak edəcək və Moldova ilə iki matç keçirəcək.
A milliyə daha yaxın olan və əsas baza hesab edilən U-21 yığması isə Ayxan Abbasova tapşırılıb.
Qeyd edək ki, mütəxəssislərin hər biri ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.

https://qalaba.az//uploads/photo/ayxan-abbasov-u-21-millimize-bash-meshqchi-teyin-edilib.webp