Suarez ardıcıl 5 oyundur "İnter Mayami"də fərqlənir
KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda “İnter Mayami” “Kavaler”lə qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, Amerika klubu 2:0 hesablı qələbəni bayram edib.
Luiz Suarez matçın 37-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən komandasının ilk qoluna imza atıb.
Beləliklə, 38 yaşlı hücumçu ardıcıl 5-ci oyunda qola töhvə verib. Ümumilikdə onun aktivində 4 qol və 5 məhsuldar ötürmə var.
Qeyd edək ki, uruqvaylı 2024-cü ilin qışında "İnter Mayami"yə keçib. Təcrübəli hücumçu Amerika klubu ilə 2025-ci ilin dekabr ayının sonuna qədər müqavilə imzalayıb.

https://qalaba.az//uploads/photo/suarez-ardicil-5-oyundur-quotinter-mayamiquotde-ferqlenir.webp