Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Azərbaycana rəsmi səfərə gələn Tatarıstanın idman naziri Vladimir Leonov işgüzar görüşlər çərçivəsində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) olub.

ASAPES-dən "Report"a verilən məlumata görə, akademiyanın rektoru Fuad Hacıyev qonağı Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edib. O, V.Leonova hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verib.

Qonaqlar akt zalında Avstriyanın “ComplexCore” təşkilatının icraçı direktoru, ASAPES-in “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru Roman Yahoda tərəfindən akademiyanın bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan 3-cü tədris ilinin tələbələri üçün təhsil proqramına uyğun seçilmiş “Onurğa reabilitasiyası, müdaxilələr” mövzusunda seminarı da izləyiblər. R.Yahoda qonaqlara proqramın əsas üstünlükləri ilə bağlı məlumat verərək onun ixtisaslı kadrların hazırlanmasındakı rolundan danışıb.

Rusiya nümayəndə heyətinə ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş olunduqdan sonra tədbir konfrans zalında davam etdirilib. Akademiyanın rektoru Fuad Hacıyev qonaqlara akademiyanın hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib.

Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, ASAPES-in prorektorları Almaz Ələkbərova və Rizvan Əliyev, həmçinin “İdman tibbi və reabilitasiya” magistr proqramının koordinatoru Zərifə Kamilova da iştirak edib.

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Fərdi
Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi olub

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi olub

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub