Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb
Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.
QELEBE.AZ APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyətinin dayandırılması barədə qərar verilib.
Qeyd edək ki, federasiya 2002-ci ildə yaradılıb. 2023-cü ilin sentyabr ayında struktur dəyişikliyindən sonra Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev federasiyanın sədri seçilib.
Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.

https://qalaba.az//uploads/photo/naxchivan-voleybol-federasiyasinin-fealiyyeti-dayandirilib.webp