Millətlər Liqası: İspaniya Niderlanda, İtaliya Almaniyaya qarşı - YENİLƏNİR

Millətlər Liqası: İspaniya Niderlanda, İtaliya Almaniyaya qarşı - YENİLƏNİR

Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib..

Apasport.az xəbər verir ki, 12 cütdə ilk oyunlar keçirilir.

Mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gələcək.

“Dördlər finalı”na vəsiqə qazanmağa çalışan yığmalar həm də DÇ-2026-nın seçmə mərhələsindəki yerlərini müəyyənləşdirəcəklər. Azərbaycan millisinin qrupuna düşəcək komanda Fransa ilə Xorvatiya arasında matçlarda bəlli olacaq.

A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda ilk qarşılaşmalar keçirilib. Türkiyə yığması Macarıstanla üz-üzə gəlib.

Görüşə yaxşı başlayan ev sahibləri 9-cu dəqiqədə açıblar. Türkiyənin heyətində Orkun Kökçü fərqlənib. Oyun ərzində üstünlüyü əldən verməyən türklər matçı 3:1 hesabı ilə qalib başa vurublar.

Millətlər Liqası
20 mart
1/4 final, ilk oyunlar

23:45. Niderland – İspaniya 0:0
23:45. Xorvatiya – Fransa 0:0
23:45. Danimarka – Portuqaliya 0:0
23:45. İtaliya – Almaniya 0:0

A Liqasına vəsiqə uğrunda pley-off
21:00. Türkiyə - Macarıstan 3:1
23:45. Ukrayna – Belçika 0:0 
23:45. Avstriya – Serbiya 0:0
23:45. Yunanıstan – Şotlandiya 0:0

B Liqasına vəsiqə uğrunda pley-off
21:00. Ermənistan – Gürcüstan 0:3
23:45. Kosovo – İslandiya 0:0
23:45. Bolqarıstan – İrlandiya 0:0
23:45. Slovakiya – Sloveniya 0:0

Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək.