U-21 Ayxan Abbasovun rəhbərliyi ilə ilk matçına çıxacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün birinci yoxlama görüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, U-21 yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
“Cornelia” Futbol Mərkəzində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/u-21-ayxan-abbasovun-rehberliyi-ile-ilk-matchina-chixacaq.webp











