Millimiz Bosniya və Herseqovinaya qarşı

Millimiz Bosniya və Herseqovinaya qarşı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

QELEBE.AZ xəbər verir ki, VII qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Ribnjak İdman Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bosniya və Herseqovina (U-19. Futzal) - Azərbaycan (U-19. Futzal)

26 mart. Ribnjak İdman Sarayı. Saat 19:00

Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Chita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)

Timekeeper: Luka Kovač Levantin (Xorvatiya)

Hakim-inspektor: Victor van Helvoirt (Niderland)

UEFA nümayəndəsi: Fabrizio Di Felice  (İtaliya)