"Fənərbaxça" təslim olmur - 4 qollu 3 xal
Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün 4 qarşılaşma keçirilib.
Çempionatın iddialı komandalarından "Fənərbaxça" "Bodrum" səfərində 4:2 hesablı qələbəyə sevinib.
"Sarı-lacivərdlilər" Super Liqa lideri "Qalatasaray"la xal fərqini 6-ya endirib.
Qeyd edək ki, sabah "Beşiktaş" evdə "cimbom"u qəbul edəcək.
Süper Liqa
XXIX tur
"Kayserispor" - "Hatayspor" 5:0
"Antalyaspor" - "Alanyaspor" 2:1
"Konyaspor" - "Qaziantep" 1:0
"Bodrumspor" - "Fənərbaxça" 2:4

https://qalaba.az//uploads/photo/quotfenerbaxchaquot-teslim-olmur-4-qollu-3-xal.webp