Bir göz qırpımında finaldan oldu: Fatih Terimə böyük şok - VİDEO
Fatih Terimin rəhbərlik etdiyi "Əl-Şəbab" Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında "Əl-İttihad"a məğlub olub.
QELEBE.AZ xəbər verir ki, "Əl-Şəbab" son dəqiqələrdə buraxdığı 2 qolla final biletini əldən verib - 3:2.
Fatih Terimin komandası matçın 90-cı dəqiqəsinə 2:1 öndə girsə də, əlavə vaxtda ardıcıl iki qol buraxaraq kubokla vidalaşıb.
90+2 və 90+9-cu dəqiqələrdə vurduğu qollarla dubla imza atan Danilo Pereyra "Əl-İttihad"ın adını finala yazdırıb.
Həmin matçın icmalını təqdim edirik:

https://qalaba.az//uploads/photo/bir-goz-qirpiminda-finaldan-oldu-fatih-terime-boyuk-shok-video.webp